Suriyanın Duma şəhərində Bəşər Əsədə qarşı aksiya təşkil edilib. Qəfəsə girən uşaqlar və qadınlar Əsəd rejiminin İŞİD-dən fərqli olmadığını bildiriblər. Qeyd edək ki, Əsəd rejiminə bağlı güclər bir müddət öncə Duma şəhərini bombardman etmişdi. İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması isə dəhşət saçmağa davam edir. İŞİD gücləri əsir aldığı şəxsləri qəfəslərə salaraq diri-diri yandırır. 
.