Suriyanın Adra şəhərində terrorçuların hücumu və bundan sonra davam edən döyüş ən böyük qəddarlığı ilə tarixin səhifələrinə düşüb.
Şahidlər Adra şəhərinə hücumun ilk anlarından bəri özlərinə gələ bilməyiblər və onlar yəqin ki, heç bir zaman şəhərdə qalmaq məcburiyyətində olan insanların ümidsizliklərini unuda bilməyəcəklər. Adranın terrorçuların nəzarətində olan hissəsində sakinlərlə əlaqə çətinləşib. Lakin soyqırımın davam etdiyi barədə məlumatlar hələ də gəlir. İnsanlar qəddarcasına qətlə yetirir və yandırırlar. Bu xəbər ailələləri, yaxınları şəhərdə qalan insanları dəhşətə gətirir.
Şahidlərin sözlərinə görə, terrorçular təkcə ələviləri deyil, həmçinin məzhəbindən asılı olmayaraq, dövlət işçilərini də qətlə yetirirlər. Adradan qaçanların sözlərinə görə, silahlı canilər insanları ailəlikcə işkəncə edir və canlı hədəf qismində istifadə ediblər, hətta körpələrə belə rəhm etmədən, pəncərədən tullayıblar. Şəhərdə soyqırım davam edir.
Suriya hökuməti və hüquq müdafiə təşkilatları silahlı müxalifətin əlində olan Adra, Sadada, Latakiya və nəzarətlərində olan bir sıra başqa şəhərlərdə törətdikləri cinayətlərlə bağlı sübutlarının olduqlarını bəyan ediblər.
Suryada vəziyyət kritikdir, artıq heç bir beynəlxalq hüquq normalarına diqqət edilmir.
Şəhərin girişində olan SƏR Silahlı Qüvvələri daha çox sakinin həyatını xilas etməkdən ötrü əllərindən gələni edirlər. Bu da hərbi döyüşlərin sürətini azaldır. Hərbçilər terrorçulara qarşı çox dəqiq əməliyyatlara davam edirlər.
