Suriyada bu ölkənin "Sama" dövlət telekanalının operatoru Kərəm Kubeyşu terrorçular tərəfindən öldürülüb, kanalın müxbiri Abdel Qxani Carux isə yaralanıb.
Yenizaman.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın "Sana" Milli agentliyi xəbər verir.
Telekanalın əməkdaşları Suriya ordusunun ölkənin İdlib əyalətinin cənubunda həyata keçirdiyi əməliyyatı yayımlayarkən terrorçu "Cəbhət ən-Nüsrə" qruplaşmasının atəşinə məruz qalıblar.
Yaralı müxbir Hamı şəhərinin dövlət xəstəxanasına çatdırılıb.
.