Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Şərqi Quta bölgəsində "humanitar pauza” rejimi qüvvəyə minib.
TASS agentliyi xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə fevralın 27-də yerli vaxtla saat 9:00-dan 14:00-a kimi gündəlik "humanitar pauza” rejimi qüvvədə olacaq. Bu müddətdə ərazidə əməliyyatlar keçirilməyəcək.
Humanitar dəhlizin çıxışında təhlükəsizliyi Rusiya hərbi polisi və Suriya ordusunun hərbi qulluqçuları təmin edəcək. Humanitar dəhlizin ətrafında Al-Duveyr qəsəbəsində mobil tibb məntəqəsi fəaliyyət göstərəcək. Ərazidən çıxarılan dinc sakinlərin nəqli üçün avtobuslar ayrılıb.
