Suriya üsyançıları kimyəvi silah anbarına hücum edib. ANS PRRSS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ordu qüvvələri hücumu dəf etməyə müvəffəq olub. Döyüş zamanı 4 hərbçi həlak olub, 28 nəfər yaralanıb. Üsyançılar eyni zamanda 2 kimyəvi silah anbarına hücum edib.
"Terrorçular Suriyanın mərkəzində obyektlərdən birinə hücum edib, amma, hücum hakimiyyət ordusu tərəfindən dəf edilib”,- deyə Suriya Xarici İşlər Nazirliyindən bildirilib.
2-ci hücum isə Dəməşqdə baş verib. "Front ən-Nüsra” və "İslam ordusu” təşkilatı zirehli avtomobildən istifadə edərək böyük miqdarda partlayıcı maddə ilə obyektə hücum etməyə cəhd edib. Amma, obyekti qoruyan hərbçilər hücumu zərərsizləşdirib və avtomobil partladılıb.
Bundan əvvəl isə bildirilmişdi ki, Rusiya kimyəvi silahın məhvi üçün 2 milyon dollar ayırıb. Vəsait yaxın zamanlarda BMT-yə çatacaq.
.
