Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan azərbaycanlı Əsgərov Rüstəm həlak olub. ANS PRESS-in məlumatına görə, Mədinə İslam Universitetini bitirən Əsgərov Rüstəmin 20 ildən artıq Azərbaycanda İslama çağırışçıların siyahısında yer aldığı bildirilir.
4 il həbsdə yatan Rüstəmin Əfqanıstan və Çeçenistanda önəmli fəaliyyət göstərdiyi vurğulanıb. Ə. Rüstəmin Suriyada Ahraruş Şam İslami Mübarizə qrupunda 2 il mübarizə apardığı barədə məlumatlar verilib.
Əsgərov Rüstəm Hələbdə Əsəd qüvvələrinin havadan endirdikləri zərbələr nəticəsində həlak olub.
.