Suriya müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizə aparmaq üçün Türkiyədən rəsmən hərbi dəstək istəyib.

Bu barədə Türkiyə MN-dən bildirilib.

Qeyd olunub ki, bu tələbə əsasən, Suriyanın müdafiə qabiliyyətini artırmaq üçün Türkiyənin təlim, məsləhət və texniki dəstək vermək səyləri davam edir.

.