
Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa Dəməşqdə ABŞ Nümayəndələr Palatası və Senatının nümayəndə heyəti ilə görüşür.
Bu barədə “Report” Suriyanın SANA dövlət agentliyinə istinadən məlumat verir.
Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və daxili işlər naziri Anas Xəttab da iştirak edirlər.
Agentlik görüşlə bağlı digər təfərrüatları açıqlamayıb. Lakin qeyd etmək lazımdır ki, bu, ötən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra ABŞ qanunvericilərinin Suriyaya ilk səfəridir.
.