
Suriya ordusu son üç ay ərzində İŞİD terror qruplaşmasının 4,8 mindən çox silahlısını məhv edib.
"RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə SPUTNİK agentliyinəSuriya ordusundakı mənbə bildirib.
"Quru hərbi əməliyyatların aparıldığı müddətdə biz öldürülən terrorçuların təxmini hesabını aparırıq. Tək İŞİD qruplaşmasından sentyabrın sonundan bu vaxtadək 4800 silahlı məhv edilib”, deyə mənbə bildirib.
Qeyd edək ki, dekabrın 23-də yayılan məlumatda qeyd olunub ki, ABŞ və beynəlxalq koalisiyanın "Cəbhə ən Nüsrə” və İŞİD-in mövqelərinə endirdiyi havazərbələri nəticəsində son 3 ay ərzində 1000-dən çox silahlı ölüb.