Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib.
Məlumata görə, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Maarif İrşad oğlu 9 ay Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edib. O, Suriyadan Türkiyəyə, oradan isə Azərbaycana gələrkən Gəncə hava limanında həbs edilib.
M.Mərdanova qarşı Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir (APA).
.
