Sumqayıtda yaşayış binası yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb. 

Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub. 

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib. 

Mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 
.