İyulun 1-də Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 8 nəfər müraciət edib.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, xəsarət alanlardan 3 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsinin müvafiq şöbələrində 5 nəfərin müalicəsi davam etdirilir.
Onlardan 1 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabildir.
Qeyd edək ki, Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 11-ci mikrorayonla 42-ci məhələnin kəsişməsində qeydə alınıb. Nəqliyyat vaistələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-nin xilasedicləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunub.
.