"Qarabağ Qaziləri” İctimai Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev yenizaman.az-a bildirib ki, I qrup Qarabağ əlili Malik Məcidovun həyatı üçün təhlükə yoxdur: "Qarabağ əlili hazırda xəstəxanadadır. Ona ilkin tibbi yardım göstərilib. Malikə özünü yandırmağa imkan verilməsə də benzin dərisini yandırıb. Lakin hazırda vəziyyəti normaldır”.
E.Mustafayev qeyd etdi ki, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətində məsələ ilə bağlı müzakirə gedir: "Görüşdən sonra ətraflı məlumat verəcəyik”.
Qeyd edək ki, M.Məcidov məmurların onun ev problemini həll etmədikləri üçün özünü yandıracağını hələ bir müddət öncə demişdi.
Bundan əlavə virtualaz.org saytı sosial şəbəkədə yayılan məlumatlara istinadən xəbər verir ki, şəhər icra hakimiyyətinin işçiləri Akif Quliyev və Rövşən Sadıqov əlilə "get özünü yandır” deyiblər.
Xəbərdə vurğulanır ki, "Gül bayramı” ərəfəsində Qarabağ qazisinin evi əlindən alınıb. Bayramdan sonra ona ev veriləcəyi vəd olunsa da bu vəd yerinə yetirilməyib. Qarabağ əlilinə polis əməkdaşları tərəfindən təzyiq edildiyi iddiası da xəbərlərdə yer alıb.
"Qarabağ Qaziləri” Birliyinin sədr müavini Firudin Məmmədov isə virtualaz.org saytına məsələ ilə bağlı əlaqədar orqanlara təkrar müraciət edəcəklərini deyib.

***

Azərbaycanda daha bir Qarabağ əlili özünü yandıraraq intihar edib. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sumqayıt sakini, 1 ci qrup Qarabağ əlili Məcidov Malik Qardaşxan oğlu özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yandıraraq intihar edib.
Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
.