Sumqayıtda, 10-cu mikrorayonda atışma olub.
Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin APA-ya verdiyi məlumata görə, həmi şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib.
Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
***
00.32
Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bunlar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir.
***
11-12-2013; 23.32
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Atışma nəticəsində qarşı tərəfdən yaralananların olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb. Bir nəfər saxlanılıb. Əməliyyat davam edir.
***
23.27
Baş verən atışmaya görə həbs olunanlar var.
Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi məlumata görə, bu anadək 4 nəfər həbs olunub. Saxlanılanların kimliyi hələlik məlum deyil.
***
22.18
Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi məlumata görə, qeyd olunan ərazidə yerləşən "Soltan" marketin yaxınlığında vəhhabi təriqətindən olanlarla polis əməkdaşları arasında atışma baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində yaralnanlar var. Hazırda polis ərazini mühasirəyə alıb.
.
