Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.

Bu barədə  DİN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.

Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.

Araşdırma aparılır.

.