Sumqayıtın icra başçısının daha bir göstərişi sumqayıtlılar tərəfindən etirazla qarşılanıb. İcra başçısının qərarı ilə şəhərin mərkəzi yollarında asfaltın üzərində Azərbaycan bayrağı həkk olunub. Şəhər sakinlərinin hiddətinə səbəb olan bu olayla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edən sakinlərə isə bildirilib ki, asfalta bayrağı təsvir olunması o demək deyil ki, dövlət atributumuz təhqir olunur. Sakinlərə bildirilib ki, məsələyə gözəl vizual görüntü prizmasından yanaşsınlar. Facebook sosial şəbəkəsində yaradılan çağırışda isə bayrağımızın təhqir olunması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti qarşısında aksiya təşkil olunub. Martın 22-sinə təyin olunan aksiya ilə bağlı bildirilib ki, icra başçısının bu əməlinə etiraz əlaməti olaraq hər kəs əlində bir Azərbaycan bayrağı ilə səhər saat 11-də icra hakimiyyətinin qarşısında olsun. "Eldar Əzizova istefa” adı ilə yaradılan çağırış isə sonradan silinib.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da bu mümkün olmadı.
.