Martın ayının 7-də səhər ertədən başlayaraq paytaxtın müxtəlif yerlərində avtomobil tıxacları müçahidə olunur.
Yenizaman.az-ın əməkdaşlarının verdiyi xəbərə görə, Sumqayıt-Bakı, Şamaxı-Bakı magistrallarında avtomobillərin hərəkəti demək olar ki, tamamilə dayanıb. Bu yollarda tıxacların uzunluğu 10 kilometrə yaxınlaşıb və maşınlar düz "20 Yanvar" metrostansiyasına qədər adam yerişi sürəti ilə hərəkət edirlər.
Bundan başqa, səhər saatlarında Heydər Əliyev prospektində, eləcə də paytaxtın digər əsas küçə və prospektlərində də avtomobillərin sıxlığı müşahidə olunub.
Bu səbəbdən yüzminlərlə insan dərsə, işə və sair getdiyi yerlərə gecikib.
Dövlət Yol Polisi hələlik tıxacların yaranma səbəbi barədə izahat verməyiblər.
.
