Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən baxış iclasında 25 zərərçəkmiş şəxsin mülki iddiası məhkəməyə təqdim edilib. Məhkəmə iddiaları icraata qəbul edib.
Daha sonra iclasda Sübahir Qurbanovun vəkilləri onun səhhəti ilə bağlı tibbi ekspertizanın keçirilməsinə dair vəsatət veriblər.
Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə S. Qurbanovun vəkilləri tərəfindən verilən vəsatətlə bağlı məhkəmə qərarı elan edilib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra istintaqının başlandığı elan edilib.
Dövlət ittihamçısı ittiham aktının S. Qurbanovla bağlı hissəsini elan edib. S. Qurbanov isə özünü təqsirli bilməyib
Proses martın 2-də davam edəcək.
.