İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri açıqlama verib. Azərbaycanda su və elektrik enerjisinin tariflərinin bahalaşması gözlənilmir.
Bunu AzNews.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.
Onun sözlərinə görə, bu məsələlər Tarif Şurasının gündəliyində deyil və müzakirə edilməsi gözlənilmir:
"Azərenerji” və "Azərsu” Açıq Səhmdar Cəmiyyətindən su və elektrik enerjisi tariflərinə yenidən baxılması üçün heç bir müraciət ünvanlanmayıb”.
Xatırladaq ki, dünən bəzi mətbuat orqanlarında fevralın 1-dən etibarən suyun və elektrik enerjisinin bahalaşacağı ilə bağlı məlumatlar yayılmışdı.
.
