Qarşıdan qədim və milli bayramımız olan Novruz gəlməkdədir. AZərbaycandada Novruz bayramını bolluq, bərəkət, firavanlıq simvolu kimi qarşılayaraq əzizləyiblər.
Etiqada görə, Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq.
Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Bu il isə Su çərşənbəsi fevralın 25-nə düşür. Lakin maraqlısı odur ki, bu ilin su çərşənbəsi günü "Azərsu” əhaliyə görünür su sürpriz vəd edib. Yenizaman.az daxil olan məlumatlara görə, Bakının Nərimanov, Yasamal, Nəsimi və digər rayonlarında bü günləri su problemi yaranıb. Məsələ ilə bağlı sakinlər "Azərsu”nun yerli qurumlarına müraciət etsələrdə bir nəticə əldə edə bilməyiblər. Buna misal olaraq deyə bilər ki, bizim də redaksiyamızın yerləşdiyi ərazidə dünəndən etibarən əhali su üzünə həsrət qalıb. Elə bu səbəbdən də elimizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan Su çərşənbəsi günü münasibətilə "Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovu "təbrik” edirik. Cənab Qorxmaz Hüseynov Su çərşənbəniz mübarək olsun!
.