Yens Stoltenberqin NATO-nun Baş katibi vəzifəsində səlahiyyətləri bir il müddətinə uzadılacaq.
Bu barədə Norveçin "TV 2" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Norveçin Baş naziri Yonas Qar Stere Yens Stoltenberqin səlahiyyət müddətinin uzadılmasını dəstəklədiyini açıqlayıb: "Bu məsələ ilə bağlı ciddi müzakirələrin olacağını düşünmürəm. Bilirəm ki, bu fikir əksər insanlar tərəfindən paylaşılır. Səlahiyyətlərin uzadılması ilə bağlı qərar qəbul olunarsa, Norveç bunu dəstəkləyəcək", - Baş nazir telekanala bildirib.
Xatırladaq ki, Yens Stoltenberq 2014-cü il oktyabrın 1-dən NATO-nun Baş katibidir. Fevralın 4-də Norveç hökuməti 2022-ci il sentyabrın sonunda NATO-dakı səlahiyyət müddəti bitdikdən sonra Stoltenberqin Norveç Milli Bankına rəhbərlik edəcəyini açıqlayıb.
.
