"Döyüş meydanında vəziyyət olduqca çətindir".

Bunu NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda panel çıxışında deyib.

"Ruslar indi bir çox cəbhədə həmlə edirlər. Və təbii ki, ukraynalıların keçən yay başlatdıqları böyük hücum hamının ümid etdiyi nəticəni vermədi və biz indi Rusiyanın necə qüvvələrini topladığını, İrandan dronları necə aldığını və İranın köməyi ilə Tatarıstanda öz dronlarını istehsal etmək üçün dron zavodunu qurduğunu, Şimali Koreyadan döyüş sursatı və ballistik raketləri aldığını görürük. Onlar həmçinin itkilərə qarşı yüksək dözümlülük nümayiş etdirirlər. Beləliklə, Rusiya bütövlükdə geri həmlə edir (təzyiq göstərir - red.) və bu ciddi məsələdir. Biz Rusiyanı heç vaxt zəif qiymətləndirməməliyik", NATO Baş katibi deyib.

NATO Baş katibi nikbinlik üçün səbəblər barədə də danışıb: " 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı tam miqyaslı işğal hücumuna başladı və əksər ekspertlər Rusiyanın bir neçə gün içində Kiyevi götürəcəyini və bir neçə həftəyə bütövlükdə Ukraynaya nəzarəti ələ keçirəcəyini bildirirdi. Ancaq bu baş vermədi və bunun əksi oldu, Ukrayna qüvvələri Rusiyanı geri oturdaraq şimalda, cənubda və şərqdə torpaqlarını azad etdi, Qara dənizdə böyük qələbə qazanaraq gəmiləri üçün dəhliz açdı. Onlar Rusiyanın hava qüvvələri və dəniz qüvvələrinə ciddi zərbələr vurublar, bunlar da Ukrayna üçün böyük hərbi qələbələrdir. Ən vacib məqam isə odur ki, Ukrayna suveren bir ölkə kimi öz mövcudluğunu saxladı. Rusiya isə uduzur, bu isə o deməkdir ki, onlar müharibə ilə qazanmaq istədiklərini itirdilər, yəni Ukraynaya nəzarəti itirdilər. Ukrayna xalqı bugünkü qədər heç vaxt Rusiyaya güvənini itirməyib, onlar artıq Qərbin bir hissəsi olmaq istəyir, Aİ üzvü olmaq istəyir və Ukrayna NATO-ya heç olmadığı qədər yaxınlaşıb. Bu isə Rusiya üçün böyük itkidir".

Baş katib Stoltenberq NATO-nun Ukraynaya dəstəyi barədə də danışıb. "Mən inanıram ki, NATO müttəfiqləri Ukraynaya dəstək verməyə davam edəcək. Ukraynaya dəstək vermək xeyriyyə işi deyil, bu bizim öz təhlükəsizliyimizə sərmayə qoymaq deməkdir. Biz Ukraynanı yanında olmağa davam etməliyik. Müəyyən bir mərhələdə Rusiya başa düşəcək ki, o, ağır bədəl ödəyir və ədalətli sülh üçün masaya oturacaq", NATO Baş katibi əlavə edib.

Rusiya ən yaxın qonşuluğunda - Cənubi Qafqazda və Mərkəzi Asiyada siyasi təcridlə üzləşir.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində paneldə çıxışında deyib.

NATO Baş katibi bildirib ki, müharibələr təbiət etibarı ilə proqnozlaşdırıla bilmir və Ukraynadakı müharibənin necə davam edəcəyi və Rusiyanın Ukraynadakı itkilərinin Rusiyanın daxilində dəyişikliyə səbəb ola biləcəyini söyləmək çətindir:

"Ancaq Rusiyanın Ukraynadakı itkilərinə cavab olaraq Rusiya daxilində hər hansı böyük dəyişikliklə bağlı işarə görünmür, lakin əlbəttə ki, sürprizlər də ola bilər".

Stoltenberq deyib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı bu müharibədə 300 000-ə qədər əsgər itirməsi, minlərlə hərbi texnika və yüzlərlə təyyarə itirilməsi Rusiya üçün, adi rus vətəndaşları üçün məna kəsb etməlidir. "Ölkə iqtisadiyyatı çöküş yaşayır, onlar ağır iqtisadi bədəl ödəyir, onlar siyasi bədəl ödəyir, Rusiya siyasi təcridə məruz qalıb, hətta ən yaxın qonşuluğunda, Cənubi Qafqaz regionunda və Mərkəzi Asiyada siyasi təcridlə üzləşir", - o deyib.

.