NATO üzvləri alyansın nə vaxtsa genişlənməyəcəyinə dair söz verdiyini təqzib edir.
Bunu qurumun baş katibi Yens Stoltenberq dpa agentliyinə müsahibəsində deyib.
Qeyd edək ki, dekabrın 23-də Vladimir Putin keçirdiyi böyük mətbuat konfransında bildirib ki, Alyans keçmişdə şərqə doğru irəliləməyəcəyinə inandıraraq, “Rusiyanı həyasızcasına aldadıb. Bir qarışda Şərqə doğru getməyəcəyik- Putin vurğulayıb.
“NATO heç vaxt genişlənməyəcəyinə söz verməyib. Hətta təşkilatımızın təsis müqaviləsində deyilir ki, hər bir Avropa dövləti alyansa üzv ola bilər”, - Stoltenberq bildirib.
Bundan əlavə, onun sözlərinə görə, Helsinki Yekun Aktı, Paris Xartiyası, NATO-Rusiya Təsis Aktı və digər müqavilələr ölkələr “öz müqəddəratını azad şəkildə təyin edə biləcəklərini” aydın göstərir.
Hətta təşkilatımızın təsis müqaviləsində deyilir ki, hər bir Avropa dövləti alyansa üzv ola bilər”, - Stoltenberq bildirib. Baş katibin də qeyd etdiyi kimi, bu, “Rusiyanın abunə olduğu” Avropa təhlükəsizliyinin əsas prinsipidir.
.
