“NATO ilə Rusiya Federasiyası arasında münaqişə riski hələ də qalmaqdadır, lakin fikir ayrılıqlarının siyasi yolla həlli ehtimalı var”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Baş katib əlavə edib ki, siyasi həll yolu tapmaq, Rusiyanın narahatlığını nəzərə almaq mümkündür.

Eyni zamanda o, alyansla Rusiya arasında münasibətlərin kəskinləşməsi halında qarşı tərəfi “NATO-nun çəkindirici tədbirləri” ilə də təhdid edib: “NATO ən yaxşısına ümid edəcək və bu istiqamətdə çox çalışacaq, eyni zamanda ən pisə də hazırlaşacaq”.

.