Finlandiyanın NATO-ya üzvlüyü həm alyansı, həm də Finlandiyanı gücləndirəcək.

“Reuters“ xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

“Finlandiya müraciətlə bağlı qərar qəbul etsə, üzvlük prosesi hamar və sürətli olacaq”, - Stoltenberq bəyan edib.

Baş katib əlavə edib ki, yetkin demokratiyaya malik Finlandiya NATO-nun ən yaxın tərəfdaşlarından biridir, Avropa İttifaqının (Aİ) üzvüdür və Avro-Atlantik təhlükəsizliyə mühüm töhfə verən bir ölkədir.

Xatırladaq ki, bu gün Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.

.