F-16 təyyarələri Ukraynaya mümkün qədər tez verilməlidir.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Biz hamımız qırıcıların mümkün qədər tez Ukraynada olmasını istəyirik”, - o bildirib.

Amma Y.Stoltenberq dəqiq tarix açıqlamayıb.

Baş katib, həmçinin qeyd edib ki, rəsmi Kiyevin özünümüdafiə hüququ var.

.