Bütün Avropa, o cümlədən Almaniya Cənubi Qafqaz regionunda sabitlik olmasında maraqlıdır.

Yenizaman Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer martın 31-də İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib.

Məlumata görə, iki ölkə prezidentləri görüş zamanı digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarına da toxunublar.

“Almaniyada və Avropada hamımız Cənubi Qafqaz regionunda sabitlik olmasında çox maraqlıyıq”, - Ştaynmayer deyib.

O, əldə olunmuş tərəqqini və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanı “çox təsiredici” adlandırıb və tərəfləri təbrik edib.

.