
Yeni ildən daha bir iri şirkət ixtisarlara başlayır.
Neft dairələrindən Turan-a məluma olub ki, 2015-ci ilin yanvarında Statoil Azerbaijan əməkdaşların 50%-i ixtisar edəcək.
Hazırda şirkətdə 40 nəfər çalışır. Həm yerli, həm də əcnəbilər ixtisar ediləcək.
Qeyd edək ki, Statoil-da ixtisarlar təkcə neftin ucuzlaşması ilə bağlı deyil. Şirkət bu il "Şahdəniz” və Cənubi Qafqaz qaz kəmərini tərk edib. Şirkət orda bir il əvvəl 25,5%, sonra 15,5% paya malik idi.
Hazırda Statoil AÇG (8,6%) və BTC-də (8,7%) passiv səhmdardır.
Buna qədər ВР-Azerbaijan elan edib ki, 1 yanvar 2015-ci ildən işçilərini ixtisar edəcək.
.