Milli Məclisin payız sessiyasından etibarən Azərbaycan telekanallarından birində parlamentin fəaliyyəti barədə bir saatlıq veriliş yayımlanacaq. 

Bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib. 

O bildirib ki, verilişin formatı haqqında müzakirələr aparılır. 

Qeyd edək ki, Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. 

.