Gürcüstanda dövlət çevrilişi etməyə hazırlaşan müəyyən qruplar var.

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə deyib.

“Faktlar və bütün əlamətlər dövlət çevrilişinə hazırlaşan bir qrupun olduğunu göstərir”, - o bildirib.

Spikerin sözlərinə görə, 2020-ci ildə olduğu kimi, seçkilərlə bağlı yanlış hesabatlar hazırlamalı olan qeyri-hökumət təşkilatlarından istifadə edərək çevriliş üçün bəhanə hazırlanır.

“Ona görə də xalqımız sayıqlığını qorumalıdır və bu cür qeyri-gürcü qüvvələrə qarşı antidot seçkilərdə iştirak və bu qüvvələrin məğlubiyyətidir”, - Ş.Papuaşvili qeyd edib.

.