
“Ötən gün Gürcüstan “Maydan”laşmadan, qan tökülməsindən, xaosdan və qaranlıq keçmişə qayıdışdan xilas olub”.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib.
Spikerin sözlərinə görə, illərdir Gürcüstanda sabitliyi pozmağa çalışan daxili və xarici qüvvələr gürcü xalqına qarşı həlledici zərbə vurmağa çalışıb və acı məğlubiyyətə uğrayıblar.
“Biz hər hansı bir ekstremist və yaxud onun xarici təlimatçısının özünə gəlməyinə görə deyil, hüquq-mühafizə orqanları əməkdaşlarının öz ölkələrini müdafiə etdiklərinə görə sağ qaldıq”, - Ş.Papuaşvili söyləyib.
.