Gürcüstan Rusiya əleyhinə heç bir sanksiya tətbiq etməyəcək.

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqına qoşulması üçün danışıqlar mərhələsinin başlanmasını tövsiyə etməməsinə dair hesabata münasibət bildirərkən deyib.

Spiker bildirib ki, Gürcüstanın maraqlarına görə, Rusiya əleyhinə sanksiyaların tətbiqi yoxdur və olmayıb:

"Gürcüstan Rusiya əleyhinə heç bir sanksiya tətbiq etməyəcək. Əgər buna görə Avropa İttifaqından aşağı qiymət alsaq belə, bu, olmayacaq"

.