
Milli Məclisin bu gün keçirilən iclasında növbəti qalmaqal yaşanıb.
"Qafqazinfo” xəbər verir ki, qalmaqal bu dəfə spiker Oqtay Əsədovla Zahid Oruc arasında baş verib. Qalmaqala səbəb isə "İnzibati icraat haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı söz alan Z. Orucun kifayət qədər tənqidi fikirlər səsləndirməsi və bunun spiker tərəfindən etirazla qarşılanması olub.
Spiker Z. Orucun fikirlərinə ilk növbədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin aydınlıq gətirməsini məqsəduyğun hesab edib. Bu zaman Z.Orucla spiker arasında polemika yaşanıb. Spiker Z. Orucu yerindən danışmamağa və replika atmamağa çağırıb. Bu da öz növbəsində qarşı tərəfin kəskin reaksiyasına səbəb olub.
"Mən bilirəm, sizin gözəl ideyalarınız var... Amma xahiş edirəm ki, yerinizdən danışmayasınız. Siz hər dəfə belə edirsiniz, mən də sizə xəbərdarlıq edirəm. Söz güləşdirmə, yerinizdən danışmayın”- deyə, spiker bildirib.
.