ABŞ Senatı Azərbaycana qarşı qeyri-obyektiv sənəd qəbul edib

Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

Sədr bildirib ki, çox təəssüf ki, son dövrlərdə Azərbaycana qarşı bir sıra qeyri-obyektiv qətnamələr qəbul edilib: "Bir sənəd də ABŞ Senatı tərəfindən qəbul edilib. Senatın aktında bölgədən könüllü getmiş ermənilərin zorla getdiyi iddia edilir. Bu, BMT-nin və digər beynəlxalq təşkilatların mövqelərinə, qətnamələrinə ziddir”.

.