Rusiya müdafiə naziri Sergey Şoyqu xüsusi əməliyyat zonasında “Mərkəz” qruplaşmasının qabaqcıl komanda məntəqəsinə baxış keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şoyqu qruplaşma komandiri general-leytenant Andrey Mordviçevin, komandirlərin və qərargah zabitlərinin vəziyyət, düşmənin hərəkətlərinin xarakteri və RF Silahlı Qüvvələrinin taktiki ərazilərdə döyüş tapşırıqlarının yerinə yetirilməsi barədə məruzəsini dinləyib.

.