Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranda keçirilən danışıqlarda Qarabağ, Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Bunu Şoyqu iranlı həmkarı ilə danışıqlar zamanı bildirib.
"Bu gün və sabah müzakirə edilməli olan çoxlu məsələlər var. Bura, əlbəttə ki, Suriya, Əfqanıstan və bu gün şimal qonşunuzda - Qarabağda baş verənlər daxildir. Bundan başqa, bura təhsil, təcrübə mübadiləsi, nümayəndə heyətlərinin mübadiləsi, birgə dəniz təlimləri daxildir. Görüşümüzü Rusiya və İran arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti addım hesab edirəm. Bu gün bizim ikitərəfli hərbi əməkdaşlığın cari məsələlərini ətraflı müzakirə etmək imkanımız var", deyə Şoyqu qeyd edib.
.