Rusiya qoşunlarının Ukraynada müharibə başlayandan bu günə kimi 3 minə yaxın xarici muzdlunu məhv etdiyi açıqlanıb.
Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
“Rusiya qoşunları Ukraynada xüsusi əməliyyat başlayandan bəri təxminən üç min əcnəbi muzdlunu məhv edib”, deyə Rusiya MN başçısı vurğulayıb.
Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yüksək itkiləri səbəbindən xarici muzdluların axını azalır: ”Xüsusi əməliyyat başlayandan onların sayı 3,5 dəfədən çox azalıb”.
Şoyqu: “Ukraynanın Nikolaev-Krivoy Roq və digər istiqamətlərdə hücum cəhdi davam edir”
Ukraynanın Nikolaev-Krivoy Roq və digər istiqamətlərdə hücum cəhdi davam edir.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O, Ukrayna tərəfinin çoxlu itkilər verdiyini söyləyib: “Düşmən əhəmiyyətli itki verir. Bu aksiyanı Zelenskinin ofisi Qərb kuratorlarında Ukrayna hərbçilərinin hərbi hücum əməliyyat keçirmək qabiliyyəti ilə bağlı illüziya yaratmaq üçün planlaşdırıb“.
Şoyqu Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətdən də danışıb. O, AES-in yerləşdiyi ərazidə və ona bitişik rayonlarda Rusiyanın ağır silahlarının olmadığını söyləyib: “Məsuliyyətlə bildirirəm ki, Atom Elektrik Stansiyasının ərazisində və ətraf ərazilərdə bizim ağır silahlarımız yoxdur. Ümid edirəm ki, AEBA komissiyası şəxsən buna əmin olacaq”.
.
