Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi hərbi əməliyyat zamanı Svyatoqorsk şəhərinin nəzarətə götürüldüyünü açıqlayıb.

Bu barədə Şoyqu bu gün keçirdiyi selektor müşavirəsində deyib.

"Severski Donets çayının sol sahili boyunca yerləşən “Donetsk və Luqansk Xalq Respublikaları”nın əhəmiyyətli hissəsi, o cümlədən Krasnı Liman və Svyatoqorsk şəhərləri, həmçinin 15 digər yaşayış məntəqəsi nəzarətə götürülüb", - deyə Rusiya müdafiə naziri qeyd edib.

O, nəzarətə götürülmüş ən böyük yaşayış məntəqələri arasında Studenok, Yarovaya, Kirovsk, Yampol və Drobışevonun adını çəkib.

Şoyqu: “Son 10 gündə Ukraynada xaricdən gətirilən 51 hərbi texnika məhv edilib”

Ukraynadakı əməliyyatın son on günü ərzində xaricdən gətirilən 51 hərbi texnika məhv edilib.

Bu barədə Rusiya müdafiə naziri selektor müşavirəsində bildirib.

"Ukraynada xüsusi hərbi əməliyyatın son on günü ərzində 51 ədəd xarici hərbi texnika, o cümlədən 12 zirehli döyüş maşını, 21 155 mm-lik haubitsa, iki reaktiv yaylım atəşi sistemi və 16 pilotsuz uçuş aparatı məhv edilib", - deyə Rusiya MN rəhbəri qeyd edib.

.