Cənubi Qafqazda vəziyyətin yaxşılaşması üçün ilkin şərtlər mövcuddur, lakin Qərb ölkələri öz maraqlarına uyğun hərəkət edərək buna mane olur.
Yenizaman Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu RF Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katiblərinin 12-ci görüşündə bildirib.
"Vəziyyətin yaxşılaşması üçün ilkin şərtlər var, lakin buna çirkin məqsədlərlə hərəkət edən xarici oyunçular, ilk növbədə, Qərb ölkələri mane olur", - o qeyd edib.
S.Şoyqunun sözlərinə görə, bu, regional problemlərin regional həllərə ehtiyacı olduğu tezisini təsdiqləyir.
.