Qərb Rusiyanı zəiflətmək üçün Ukraynada hərbi əməliyyatları mümkün qədər uzatmağa çalışır.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən MN-nin kollegiya iclasında çıxışında bildirib.

O, 27 ölkənin Ukraynaya silah tədarükünə artıq 97 milyard dollar xərclədiyini söyləyib: "NATO qərargah zabitləri, artilleriyaçılar və digər mütəxəssislər Ukraynada cəbhədədir, Kiyev üçün NATO-nun 500-dən çox peyki işləyir", deyə Şoyqu qeyd edib.

Rusiya MN başçısı bildirib ki, ABŞ-ın 800-dən çox kosmik aparatı Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün işləyir.

.