“NATO Rusiyanı hərbi baxımdan dayandırmaq çağırışları fonunda qüvvələrini ardıcıl olaraq Rusiya Federasiyası ilə sərhədlərə yığır”.

TASS verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin bəyanatına cavab olaraq deyib.

“Belə halların Almaniya və Avropa üçün artıq necə başa çatdığını Almaniya Federativ Respublikasının müdafiə naziri yaxşı bilməlidir. Avropanın təhlükəsizliyi Rusiyanın maraqlarına xələl gətirmədən ümumi xarakter daşıya bilər. Lakin bu məsələdə bərabər hüquqlu dialoqa bu gün məhz NATO hazır deyil”, - deyə general Şoyqu qeyd edib.

Rusiya müdafiə nazirinin fikrincə, NATO-nun Əfqanıstanda “dayandırmaq” planı fəlakətlə nəticələnib: “NATO-nun bu planı indi bütün dünyanın üzləşdiyi fəlakətlə nəticələndi”.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri NATO-nu Rusiyaya qarşı daha sərt addımlar atmağa çağırıb. “Rusiya tərəfindən çağırışların artması ilə əlaqədar NATO açıq şəkildə göstərməlidir ki, hərbi xarakterli tədbirlərə əl atmağa hazırdır”, - deyə xanım nazir vurğulayıb.

.