Ukraynadakı xüsusi hərbi əməliyyat zamanı son vaxtlar “Donetsk Xalq Respublikası”nın 6 yaşayış məntəqəsi azad olunub, “DXR”in azad olunması plan üzrə gedir.

TASS xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu selektor iclasda çıxışında deyib.

O, son vaxtlar Qriqorovka, Berestovor, Stryapovka, Pokrovskoe, Semiqorye və Novoluqanskoe yaşayış məntəqələrinin və Uqledar İstilik Elektrik Stansiyasının nəzarətə alındığını deyib.

Şoyqu Ukraynada müharibə zamanı məhv edilmiş Qərb texnikası barədə də açıqlama verib.

“Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat zamanı Ukraynada ABŞ istehsalı olan 33 M777 haubitsalarını, HIMARS sistemlərinin 6 atış qurğusunu və 200-dən çox raketini, 5 gəmi əleyhinə Harpoon raket kompleksini məhv edib”.

Bundan başqa, o, Ukraynanın 125 Stinger, 396 NLAW və Javelin raket komplekslərini itirdiyini deyib.

.