Əgər Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü ilə bağlı daha sərt addımların atılmasına başlanacaq.

Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib ki, sabah Komissiyanın iclası olacaq: “Bu sahədə görülən işlər barədə daha detallı məlumatlar açıqlanacaq və media nümayəndələri də bu görüşə dəvət olunacaq”.

İyulun sonunda beynəlxalq şirkətin Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması gözlənilir

Beynəlxalq şirkətə Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması təklif olunub və iyulun sonunda həmin şirkət tərəfindən bu işlərə başlanılacağı gözlənilir.

Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib ki, Söyüdlüdə mədənin istismarında müasir avadanlıq və texnologiyaların tətbiqi təklif edilib:

“Eyni zamanda, mövcud anbarın reabilitasiyası ilə bağlı da texniki təklif hazırlanacaq. İstismarçı şirkətin sosial-korporativ layihələri ilə bağlı şirkətə ciddi iradlar tutuldu”.

Komissiya sədri: Söyüdlüdə şirkətə istismarın müvəqqəti dayandırılması təklif edilib, razılıq əldə olunub

Süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.

Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib ki, mövcud tullantı anbarının istismar müddəti 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib:

“Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək”.

Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb

Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim edilməyib.

Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib ki, tullantı anbarı ilə bağlı icazələrin alınmasında bir sıra uyğunsuzluqlar aşkarlanıb: “Prezident İlham Əliyev tərəfindən dünən müşavirədə xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı bir sıra haqlı iradlar səsləndirilib. Prezidentin tapşırığı, səsləndirilən iradların aradan qaldırılması üçün bütün qüvvələr səfərbər ediləcək. Çalışacağıq ki, belə hallarla üzləşməyək”.

Muxtar Babayev: Söyüdlüdə və Gədəbəydəki digər çaylarda sionid aşkarlanmayıb

Söyüdlüdə və Gədəbəydəki digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb.

Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb:

“Vahid monitorinq nəzarət sisteminin qurulması ilə bağlı vahid plan olmayıb, sionid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun aradan qaldırılması üçün vacib tədbirlər görülməyib. Göl ətrafında lazımi maneələr quraşdırılmayıb. Sanitar-mühafizə zonası müəyyənləşdirilməyib, hasar çəkilməyib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib".

.