Dövlət Vergi Xidmətinin (DVX) hesabatlarına əsasən, son iki il ərzində 928,1 mln. manat vergi məbləğləri geri qaytarılıb.

Bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə 496,7 mln. manat, 2024-cü ildə isə 431,4 mln. manat (ƏDV cashback layihələri üzrə qaytarılmış məbləğ 209,6 mln. manat) ödəyicilərə vergi məbləğləri geri qaytarılıb.

.