Almaniyada Adolf Hitlerin "Mayn kampf" kitabının təkrar nəşrinə qoyulan qadağa götürülüb.
Yenizaman.az  "Sky News"a istinadən xəbər verir ki, yanvarın 1-də kitab yenidən satışa çıxarılıb.
59 avroya satılan nəşr2000 səhifədən ibarətdir.
Avtobioqrafik əsər Münhenin Müasir Tarix İnstitutu tərəfindən buraxılıb. Nəşrdə tədqiqatçıların şərhləri, nasist liderinin ideologiyasının analizi əksini tapıb.
Kitabın tarixçilərin şərhləri olmayan orijinal variantı hələ də qadağandır.
"Mayn kampf" Fransada təkrar nəşr edilib, lakin bir sıra Avropa ölkələrində, o cümlədən Avstriya və Niderlandda hələ də qadağandır.

.