Rusiyadan təbii qazın tədarükünə embarqonun tətbiqi yolverilməzdir, çünki bu tədbir Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının sona çatmasına səbəb olmayacaq, əksinə Almaniya və bütün Avropa üçün əhəmiyyətli nəticələrə səbəb olacaq.

Bunu Almaniya kansleri Olaf Şolts “Der Spiegel”ə müsahibəsində deyib.

O qeyd edib ki, söhbət “pul qazanmaq”dan getmir.

"Söhbət dramatik iqtisadi böhrandan, milyonlarla iş yerlərinin və bir daha açılmayacaq fabriklərin itirilməsindən qaçmaq istəyimizdən gedir", - Olaf Şolts qeyd edib.

Kansler izah edib ki, embarqonun tətbiqi Almaniya, bütün Avropa üçün əhəmiyyətli nəticələrə səbəb ola bilərdi. Bununla yanaşı, embarqonun tətbiqindən Ukraynanın bərpası prossesinin maliyyələşməsi də böyük zərər görəcək.

“Ona görə də deməliyəm ki, biz buna imkan verə bilmərik”, - kansler vurğulayıb.

.