“Almaniya NATO-nun hər bir qarışını müdafiə edəcək”.

Bunu Almaniya Kansleri Olaf Şolts "Twitter"də bildirib.

“Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik - mən bunu bu gün Litvada Baltikyanı tərəfdaşlarımıza bir daha bəyan etdim. Almaniya NATO-nun şərq cinahını gücləndirəcək, çəkindirmə və müdafiə üçün Litvada NATO-nun güclü döyüş briqadasına rəhbərlik edəcək”, - o deyib.

Qeyd edək ki, Almaniya Kansleri Litvaya səfər edib. O, həmçinin Vilnüsdə Estoniya Baş naziri Kaya Kallas və Latviya Baş naziri Arturs Karinşlə də görüşüb.

.