
Almaniya kansleri Olaf Şolts bu postdan getdikdən sonra siyasətdən uzaqlaşmaq niyyətində olduğunu bildirib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Jung & Naiv” videopodkastında deyib.
"Mənim "A" planım kansler vəzifəsinə yenidən seçilməkdir. Lakin hesab edirəm ki, bu o demək deyil ki, bundan sonra nə isə baş verməlidir", - o qeyd edib.
Kansler izah edib ki, o, bu postdan sonra yenidən adi vətəndaş olmaq istəyir.
.