Almaniya şirkətləri Azərbaycanda bərpa olunan və hidrogen enerjisi sahəsində əməkdaşlığa hazırdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts bildirib.
Bakıda COP-29-un keçirilməsinə toxunan Olaf Şolts deyib ki, tədbir zamanı bir sıra məsələlər müzakirə olunacaq: “Ölkələri iqlim dəyişikliyi ilə bağlı layihələrə vəsait ayırmağa təşviq etməliyik. Azərbaycana enerji təchizatı sabitliyinə töhfəsinə görə təşəkkür edirəm”.
.