Nardaran sakini Əhmədov Nəsir metronun Koroğlu stansiyasında intihara cəhd edib.

Bu gün səhər 09.20 radələrində Nardaran sakini 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğlu metronun "Koroğlu” stansiyasında özünü "İçəri şəhər- Həzi Aslanov” reysi üzrə hərəkət edən 13 saylı qatarın altına atıb. 

Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzNews.az-a verdiyi xəbərə görə, maşinistin qatarı vaxtında saxlaya bilməsi və N.Əhmədovun reyslərin arasına düşməsi onun sağ qalması ilə nəticələnib. Nəsir Əhmədov yalnız sağ topuğundan zədə alıb. 

Hadisə nəticəsində metroda qatarların hərəkətində ləngimələr baş verib. Hazırda həmin qatarların düzgün qrafik üzrə hərəkəti qaydaya salınır. 

Faktla bağlı araşdırmalar aparılır.
.